Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşıb. Görüş millinin qələbəsiylə başa çatbı - 3:0.

Millinin qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.

Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Monteneqro ilə yanaşı, Kipr və Farer adaları ilə mübarizə aparır. Aktivində 10 xal olan milli 4 turdan sonra qrup lideridir.