Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də paylaşım edib.

"Envision Energy" şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.