Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-nin "İnter Mayami" futbol klubundakı illik maaşı 50-60 milyon dollar arasında olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komandanın prezidenti Xorxe Mas “El Pais”ə açıqlamasında bildirib. O, argentinalı hücumçu ilə 3 ildir ki, müqavilə bağlamaq üçün danışıqlar apardığını da deyib.

Messi iyunun 7-də "İnter Mayami"yə keçdiyini açıqlayıb. Hücumçunun son klubu PSJ olub.