Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ Kubokunda növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, onun komandası "Çinçinnati" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşdığından penaltilərə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan "İnter Mayami" (5:4) finala vəsiqə qazanıb. "İnter Mayami"nin həlledici matçdakı rəqibi "Hyuston Dinamo" olacaq.