Argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda səfərdə "Çikaqo Fayr" ilə qarşılaşıb. Görüş "İnter Mayami"nin məğlubiyyəti ilə başa çatıb - 1:4.

Messi bu görüşdə iştirak etməyib. Yüngül zədəsi olan hücumçunun adı iştirak ərizəsinə salınmayıb.

"İnter Mayami" Messinin oynamadığı son 3 oyunda qələbə qazana bilməyib.

"İnter Mayami" 31 turdan sonra 33 xalla 14-cü sıradadır.