“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi MLS-də mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub.

İqtisadiyyat.az Liqanın rəsmi saytına istinadən xəbər verir ki, mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır. MVP mükafatına Messinin komanda yoldaşı Serxio Buskets də namizəddir. Hər bir klub müstəqil olaraq öz oyunçularını liqanın ən dəyərli oyunçusu mükafatına təqdim edir. Mükafata eyni klubdan yalnız iki futbolçu iddia edə bilər.

“İnter Mayami”də keçirdiyi 12 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazanıb. “İnter Mayami” turnirin final oyununda “Neşvill”i penaltilər seriyasında yenərək (10:9) Liqa Kubokunun qalibi olub.