Kristiano Ronaldo və Lionel Messi arasındakı rəqabət yaxın aylarda Səudiyyə Ərəbistanı Pro Liqasına keçə bilər.

İqtisadiyyat.az "SkySports"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmiləri MLS mövsümü başa çatdıqdan sonra Messini yarımadaya icarəyə götürmək istəyir.

"İnter Mayami" liqanın pley-off mərhələsinə vəsiqə qazana bilmədi. Bu isə o deməkdir ki, Lionel Messi oktyabrın 21-də MLS-də son oyununu keçirəcək və fevralın sonuna kimi məzuniyyətdə olacaq.

Lionel Messi Səudiyyə Ərəbistanına transfer olunacağı ilə bağlı söz-söhbətlər fonunda "İnter Mayami" ilə müqavilə imzalamağa üstünlük vermişdi. İndi "Barselona"nın da onu icarəyə götürmək istədiyi deyilir.