Qərbi Trakiyanın Ksanthinin Ilıca kəndinin məscidinə hücum edən 64 yaşlı Fransa vətəndaşı Alen Qranz 2 il həbs və 500 avro pul cəzasına məhkum edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xanthi Məhkəməsi qərar qəbul edib.

Qranzın həbs cəzası şərti olmaqla verilib.

Dinləmədə İskeçe müftisi Mustafa Trampa ilə yanaşı, Ilıca Qəyyumlar Şurasının üzvləri də iştirak edib.

İskeçe Müftiliyi tərəfindən verilən açıqlamada iyunun 15-də İlıca kəndində bir nəfərin məscidə zərər verdiyi, təcavüzkarın məsciddəki Quranı cıraraq yerə atdığı və məscidin pərdəsini cırdığı qeyd edilib.