"Neftçi"dən ayrılan Mert Çelik "ağ-qaralar"la vidalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, müdafiəçi bununla bağlı instaqram hesabında paylaşım edib:

"Karyeramda çempionluq, avrokuboklarda oynamaq, Azərbaycan yığmasına seçilmək kimi ilkləri yaşadığım və bunlarda ən böyük pay sahibi "Neftçi"yə vida vaxtıdır. Çoxlu gözəl dostlarım oldu, bütün komanda yoldaşlarıma, Bakıda olanda mənə evimdəymişəm kimi hiss etdirən "Neftçi" işçilərinə, azarkeşlərə təşəkkür edirəm. Sağ olun."

Müqavilə ilə "Başakşəhər"ə məxsus olan Mert "Bodrumspor"a icarəyə verilib.