Azərbaycan Mərkəzi Bankı (AMB) kuryer şirkəti axtarır.

İqtisadiyyat.az xəbər verir ki, AMB poçt (kuryer) xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

Əsas tələb 0.5 kq-lıq bağlamaları təcili və gün ərzində çatdırmaqdan ibarətdir. Bu xidmət həm paytaxtı, həm də bölgələri əhatə edəcək.