Mərakeş və Braziliyanın gənclər yığmaları arasında yoldaşlıq görüşüb ləğv edilib. Buna səbəb Afrika ölkəsində baş verən güclü zəlzələdir.

İqtisadiyyat.az xəbər verir ki, ölkədə 3 günlük milli matəm elan edildiyindən bu gün keçirilməli olan matç baş tutmayacaq. Bununla bağlı məlumatı Mərakeş Futbol Federasiyası yayıb.

Qeyd edək ki, sentyabrın 8-də baş vermiş zəlzələ nəticəsində 2000-dən çox adam həyatını itirib