"Salernitana”nın qapıçısı Gilyermo Oçoa klubla müqaviləsini yeniləyəcək.

İqtisadiyyat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper daha bir mövsüm “Salernitana”nın formasını geyinəcək.

Meksikalı qolkiper bu ilin yanvarından “Salernitana”da çıxış edir. O, 2022/23 mövsümündə 20 oyuna çıxıb, 33 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.