Meksikanın Oaxaka ştatında avtobusun on metrlik uçurumdan aşağı yuvarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə nəticəsində 27 sərnişin ölüb, daha 17 nəfər yaralanıb. Ölənlərdən 25-I hadisə yerində həyatını itirib, digər ikisi isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölənlər arasında bir yaşlı uşaq da var. Qəzanın səbəbləri araşdırılır.