Misirin U23 millisinin məşqçisi Məhəmməd Salahı 2024-cü il Olimpiyada heyətinə daxil etmək istədiyini açıqlasa da, "Liverpul" və Misir arasında ziddiyyət yarana bilər.

U23 Misir yığmasının baş məşqçisi Rocerio Mikale Məhəmməd Salahı 2024-cü il Olimpiadası üçün heyətinə qatmaq istədiyini bildirib. Salah heyətə daxil edilərsə, o, gələn ilin 26 iyul - 11 avqust tarixləri arasında "Liverpul"la təlim-məşq toplanışında ola bilməyəcək və 2024/25 mövsümünün hazırlıq dövrünü buraxacaq.

Mohamed Salah bu mövsüm yanvar və fevral aylarında Afrika Millətlər Kubokunda çıxış edəcək. "Liverpul" ağır qrafikə sahib olan Salah üçün Olimpiya təklifini rədd edə bilər. Misirli ulduz 2021-ci il Tokio Olimpiadasına çağırılanda klub icazə verməmişdi.

Mikale mövzu ilə bağlı bunları deyib:

"Vəziyyəti qiymətləndirmək üçün bir il vaxtımız var. Neymar Braziliya üçün nə qədər vacib oyunçudursa, Məhəmməd Salah da bizim üçün o qədər vacibdir".