Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-avqust aylarında 266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən İqtisadiyyat.az-a verilən xəbərə görə, onlardan 110 min nəfəri münasib işlərlə təmin edilib, 7,6 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 11 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib,138 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.