Fransız superulduz Mbappe böyük ehtimalla "Real Madrid"ə yollanacaq, lakin bu transfer bu mövsümün şərtləri ilə mümkünsüz görünür.

İqtisadiyyat.az Marca-ya istinadən xəbər verir ki, Mbappe onu almaq istəyən komandalardan, xüsusən də "Real Madrid"dən yalnız bir şey istəyir, bu, ildə 240 milyon avro astronomik maaşdır. Fransız superulduz nəhəng komandalardan sürpriz müqavilə tələb edir.

"Liverpul" da Mbappeni transfer etmək istəsə də, maaş mövzusuna görə geri addım atmalı olub.

Mbappe və "Real Madrid" keçən yay uzun bir transfer dastanının mərkəzində idilər, lakin sonunda fransız superulduz Parisdə qalmağa və gəlirli yeni müqavilə imzalamağa qərar vermişdi.

Lakin Mbappenin PSJ-yə klubda yalnız bir mövsüm qalacağını və 2025-ci ilə qədər qalmaq üçün istəyə görə bir illik uzatma maddəsini aktiv etməyəcəyini söyləyib.

Bu o deməkdir ki, 1 yanvar 2024-cü ildə Mbappe 2024-cü ilin yayında pulsuz transferdən əvvəl şəxsi şərtlərini digər klublarla müzakirə etməkdə azad olacaq.