PSJ ilə Killian Mbappe arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, Fransa millisinin üzvü Paris təmsilçisiylə yeni müqavilə imzalamağa qərar verib. Anlaşmaya əsasən, sözləşmənin müddəti 2026-cı ilin yayına qədər olacaq. Bu barədə Fransa KİV-ləri məlumat yayıb. Bu müddət ərzində Mbappenin maaşında artım olacaq. Yeni anlaşmanın yaxın zamanda ictimaiyyətə açıqlanacağı bildirilir.

Qeyd edək ki, Mbappe mövsümlərarası fasilə zamanı PSJ ilə 2024-cü ilin yayında bitəcək müqavilənin müddətini uzatmaq fikrində deyildi. Buna görə klub rəhbərliyi onu əsas komandanın düşərgəsindən və məşqlərindən uzaqlaşdırmışdı. Futbolçunun "Real"a keçəcəyi güman edilsə də, bu baş vermədi.