PSJ-nin hücumçusu Kilian Mbappe bu transfer pəncərəsində klubu tərk etməyəcək. Futbolçu bu barədə parislilərin prezidenti Nasser Əl-Xelaifiyə məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, "La Parisien"in iddiasına görə, fransalı forvard müqaviləsinin sonuna - 2024-cü ilin yayına qədər Paris təmsilçisində çıxış etmək istəyir. Qarşı tərəf onun bu istəyinə cavab verməyib. PSJ Mbappeni klubla yeni müqavilə imzalamadığı üçün əsas komandanın düşərgəsindən və məşqlərindən uzaqlaşdırıb.

24 yaşlı fransız 2017-ci ilin yayında "Monako"dan paris təmsilçisinə keçib. O, bu komandanın heyətində 260 oyunda meydana çıxıb. Onun aktivində 212 qol və 98 məhsuldar ötürmə var.