Fransalı hücumçu Kilian Mbappe PSJ-dən alacağı bonusun bir qismini kluba bağışlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan hücumçu sadiqlik bonusunun təxminən 100 milyon avrosundan imtina edib.

Adı "Real"la hallanan Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrılmaq istəyir. O, klubla müqaviləsini uzatmayıb.

Forvard bu mövsüm Liqa 1-də 3 oyuna 5 qol vurub.