"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi cəmi 3 ədəd istehsal edilən "Rolls-Royce Boat Tail"in sahiblərindən biri oldu.

İqtisadiyyat.az "L'eqip" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçunun aldığı avromobilin qiyməti 26 milyon avro dəyərində ola biləcəyi təxmin edilir.

Bu avromobildən İkardidən başqa sadəcə 1 milyorderdə və Jay Z – Beyonce cütlüyündə olduğu bildirilir. 

Boat Tail hazırda dünyanın ən bahalı yeni avtomobili hesab olunur.