Bakının ictimai nəqliyyatda bank kartları ilə ödənişlərinin daha tez zamanda həyata keçirmək məqsədilə bu həftə ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələrlə görüşlərin keçirilməsi planlaşdırılır.

Bu barədə “Future is now” adlı mətbuat konfransına çıxış edərkən “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, hazırda bank kartları vasitəsilə “BakıKart” gediş kartlarına vəsait yatırmaq imkanı mövcuddur və bu ilk addım kimi qiymətləndirilə bilər.

“İrəli də isə bunu “MasterPass”la həyata keçirmək, daha sonra isə heç bir karta vəsait yatırmadan sadəcə bank kartları ilə avtobus və metroda ödəniş etmə imkanını yaratmaqdır”, – deyə E. Çakar qeyd edib.