"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Mount zədələnib.

İqtisadiyyat.az xəbər verir ki, O, İngiltərə Premyer Liqasının 2-ci turunun "Tottenhem"lə oyununda sıradan çıxıb. Mount Premyer Liqada “Nottingem Forest”və “Arsenal”la görüşlərdə meydana çıxmayacaq. Meysonun beynəlxalq oyunlar üçün fasilə bitdikdən sonra yenidən komandaya qoşula biləcəyi ehtimal olunur.

Mountun "Mançester Yunayted"ə keçidi rəsmi olaraq iyulun 5-də açıqlanıb.