Bu yay "Mançester Yunayted"dən ayrılan ispan qapıçı David de Xea karyerasını Türkiyədə davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.

Xəbərə görə, özügedən qolkiperin xidmətində Türkiyənin bir yox, bir neçə klubu maraqlıdır. Mənbə həmin klubların adlarını açıqlamasa da, hazırda onların Davidlə danışıq apardığını vurğulayıb.

Daha öncə de Xeanın Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçə biləcəyi barədə məlumatlar yayılmışdı