Çempionlar Liqasında A qrupunda mübarizə aparan "Qalatasaray" klubu dünən səfərdə "Mançester Yunayted" klubunu 3-2 hesabı ilə məğlub etdi.

İqtisadiyyat.az xəbər verir ki, bu qələbə ilə "sarı-qırmızılı " klub 3 xaldan əlavə kassasına kifayət qədər pul da əlavə edib.

Belə ki, Çempionlar Liqasının qrup mərhələsində hər qələbəyə görə verilən pul 2,8 milyon avrodur.

İlk turda evində "Kopenhagen" klubu ilə heç-heçə edən "Qalatasaray" ilk 2 turdan sonra 3,7 milyon avro gəlir əldə edib.