"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı şeytanlar" "Fənərbağça"dan Altay Bayındırı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli qolkiperlə 4 illik müqavilə imzalanıb.

"Fənərbağça" bu transferdən 5 milyon avro qazanacaq.