İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford" stadionunda "Vesthem" klubunu qəbul edib.

Matç "qırmızı şeytanlar"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Mançester Yunayted" 1/4 final mərhələsində "Fulhem" klubu ilə qarşılaşacaq.