"Mançester Yunayted" futbolçusu Luk Şou ilə müqaviləni uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" sol cinah müdafiəçisinin sözləşməsini 2027-ci ilin yayına qədər uzadıb.

Şou 2014-cü ilin yayından "Mançester Yunayted"də çıxış edir. 27 yaşlı müdafiəçi bu mövsüm 35 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.