İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" "Adidas" şirkəti ilə 1 milyard avroluq sponsorluq müqaviləsi imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı şeytanlar" razılıq əsasında müqaviləni 2035-ci ilə qədər uzadıb.

10 illik müqavilə çərçivəsində ingilislərin xəzinəsinə cəmi 1 milyard avro daxil olacağı açıqlanıb.