Pep Qvardiolanın komandası şənbə günü İstanbulda "İnter"i 1:0 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb. "Siti" bu ayın əvvəlində Premyer Liqa və İngiltərə Kubokunu, daha sonra isə ilk Çempionlar Liqası kubokunu qazandı. Şənliklərdə ən çox diqqət çəkən futbolçu həddindən artıq spirtli içki qəbul etdiyi görülən Cek Qrealiş olub. Ulduz futbolçunun atası Kevin Qriliş Çempionlar Liqası bayramlarından fərqli olaraq oğlunun Premyer Liqa bayramlarında daha sakit qaldığını bildirib. Kevin bildirib ki, "Siti"nin Premyer Liqa çempionluğunu qeyd etdiyi məkanda 47.000 funt-sterlinq hesab daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, Kevin "The Mirror"a açıqlamasında bunları söyləyib:

 "Düzünü desək, "Siti" bayramlarda və bütün şənliklərdə əla idi. Premyer Liqada qalib gəldikdən sonra bir ziyafət var idi. Bir neçə həftə əvvəl Tunnel Klubda. İçki hesabı 47 min funt sterlinq gəldi. QIRX YEDDİ MİN! Mən qəbzi gördüm. Sən deməmişdən əvvəl sənə deyim, Bu, təkcə Cekin içki hesabı deyildi. Əksinə, Cek həmin gecə tezdən evə getdi!"

Cinah oyunçusu hazırda Qaret Sautqeytin idarə etdiyi İngiltərə Milli Komandasının düşərgəsindədir. İngiltərə yaxın günlərdə AVRO-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə qarşılaşacaq.