Belçikalı vinger Jeremi Doku Fransa “Renn”indən İngiltərənin “Mançester Siti” klubuna keçib.

İqtisadiyyat.az “Şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2028-ci ilədək razılaşdırılıb. Məşhur insayder Fabritsio Romanonun sözlərinə görə, “Mançester Siti” “Renn”ə 60 milyon avro ödəyəcək.

Qeyd edək ki, Doku 2020-ci ildən Fransa klubunda çıxış edir. Ötən mövsüm 35 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O həmçinin Belçika yığmasının heyətində ümumilikdə 14 oyun keçirib, 2 qol vurub. “Transfermarkt” portalının versiyasına görə, futbolçunun qiyməti 28 milyon avrodur.