İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" heyətinə yeni yarımmüdafiəçi transfer etmək üzrədir.

İqtisadiyyat.az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" "Vulverhempton" klubunun Braziliya əsilli portuqaliyalı futbolçusu Mateus Nunesi heyətinə qatmağa yaxındır. 

"Mançester Siti" futbolçu üçün qarşı tərəfə 62 milyon avro və sonrakı satışdan pay qarşılığında razılığa gəlib.

Qeyd edək ki, Nunes "Vulverhempton" klubuna "Sportinq" klubundan transfer olub.