"Mançester Siti" başa çatan mövsümdə qazandığı üç titul üçün 341 milyon pul mükafatı alacaq.

İqtisadiyyat.az "Goal.com" saytına istinadən xəbər verir ki, "Mançester Siti" klubu İngiltərə çempionu adı üçün 209 milyon avro, Çempionlar Liqasının kuboku üçün 127,5 milyon avro, İngiltərə Kuboku üçün isə 4,5 milyon avro alacaq.

"Mançester Siti" bir mövsümdə bu üç titul qazanan ikinci ingilis klubu oldu. Əvvəllər “Mançester Yunayted” şotlandiyalı Aleks Ferqyusonun rəhbərliyi altında belə nailiyyət əldə etmişdi.