2021 ci ilin dekabrın 31-nə olan göstəricilərə görə, manatın real effektiv məzənnəsi 85.4 bənd təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqaisədə 9.8 bənd çoxdur

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, qeyri neft sektoru üzrə manatın real effektiv məzənnəsi 130.3 bənd təşkil edib. Bu illik müqaisədə 14.1 bənd çoxdur.

Real effektiv məzənnə (REM) –  Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.