“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
“Lakin, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət belə qalarsa, güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- "S&P"dan qeyd edilib.