İyulun 10-da Yelisey sarayının qəbul şöbəsinə poçtla məktub gəlib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, prezident Emmanuel Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Yelisey sarayı vəziyyəti şərh etməkdən imtina edib.

Tanınmış jurnalist Aleksandr Nevrozov isə məsələ ilə bağlı qəribə versiyalar dilə gətirib. Onun sözlərinə görə, ola bilsin ki, bu sadəcə burunu kənara çəkən bir alətdir. Makronun başından böyük işlərə burun soxduğunu nəzərə alsaq, bəlkə də məktubu göndərən şəxs sadəcə "burnunu böyük işlərdən çək" mesajı verərək prezidentin "qayğı"sına qalıb.

Yaxud bu məktub Kremlin Qərbə mesajı ola bilər. Ola bilsin ki, zərfdə göndərilmiş barmaq simvolik olaraq Rusiyanın Ukraynadakı birləşmiş qüvvələrinə rəhbərlik edən general Sergey Surovikinə "məxsus olub". Qərb mətbuatının yazdığına görə, Priqojinin qiyamı ilə əlaqədar 13 yüksək rütbəli hərbçi dindirilib, ordu generalı Surovikin isə həbs olunub. Rusiya hökumətində belə bir versiya var ki, Priqojinin Moskvaya marşı Qərbin planı idi və bu planda generalın da iştirakı olub. İndi Kreml Surovikindən bir parçanı bir növ paketləyərək Yelisey sarayına göndərməklə, bu msjı vermiş ola bilər ki, "siz yanlış adamlara "stavka" qoymuşdunuz, hazırladığınız sui-qəsd planı bitdi". 

Nevrozovun sözlərinə görə, Yelisey sarayı zərfdə hansı barmağın yer aldığını açıqlamayıb: "Əgər zərfdə orta barmaq olubsa, bu ittiham və aşağılamaq anlamına gəlir. Yox əgər baş barmaq olursa, bu Qərbin planına ironik heyranlıq ismarıcının verilməsidir" - deyə jurnalist fikrini tamamlayıb.