ABŞ prezidenti Co Bayden Vaşinqtonda fransalı həmkarı Emmanuel Makronla görüşüb.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Görüşdən sonra liderlər birgə bəyanatla çıxış ediblər.

İki ölkənin prezidentləri Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib və vurğulayıblar ki, mülki əhaliyə və mülki infrastruktura qəsdən hücum müharibə cinayətləri təşkil edir və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

“Onlar həmçinin Rusiyanın suveren Ukrayna ərazisini ilhaq etmək üzrə qanunsuz cəhdini pisləyir”, - bəyanatda deyilir.