UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Astana" (Qazaxıstan) - "Dinamo" (Xorvatiya) cavab oyununda (0:2) vurulan ilk qolun müəllifini dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcə Zaqreb təmsilçisinin ilk qolunun müəllifi kimi zərbəni vuran Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli qeyd olunub. Lakin epizodu nəzərdən keçirən UEFA onu “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi yazıb.

Qeyd edək ki, ilk matçda da 4:0 hesabı ilə qalib gələn "Dinamo" növbəti mərhələyə yüksəlib.