Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Dinamo Zaqreb klubu heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, Zaqreb təmsilçisi 33 yaşlı müdafiəçi Kevin Theopil-Caterine ilə güclənib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kevin daha əvvəl də "Dinamo Zaqreb" klubunun şərəfini qoruyub.