Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya Superkuboku matçına çıxacaq.

İqtisadiyyat .az xəbər verir ki, Zaqreb təmsilçisi titul görüşündə "Hayduk"la qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

Ötən mövsümün ikinci dövrəsinin "Konyaspor"da icarədə keçirən Mahir hazırda "Dinamo"nun düşərgəsindədir. O, bu gün baş məşqçi İqor Bişçanın şans verəcəyi halda, meydana çıxa bilər.