Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Zaqreb təmsilçisi VI turda "Riyeka"nı qəbul edib. Görüş "Dinamo"nun qələbəsiylə başa çatıb - 2:1.

Mahir bu görüşün iştirakçısı olub. 61-ci dəqiqədə meydana daxil olan forvard sona qədər oynayıb.

"Dinamo" 6 turdan sonra 7 xalla 4-cü sıradadır.