Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Zaqreb təmsilçisi II təsnifat mərhələsində "Astana" (Qazaxıstan) ilə üz-üzə gəlib. Xorvatiyada baş tutan oyun "Dinamo"nun darmadağını ilə başa çatıb - 4:0.

Mahir də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.