Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Zaqreb təmsilçisi Çexiyada "Sparta"nın qonağı olacaq. Praqada keçiriləcək görüşə saat 21:00-da start veriləcək.

Komandalar arasındakı ilk görüşdə "Dinamo" qələbə qazanıb - 3:1.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

31 avqust

21:00 Sparta (Praqa, Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:3.