Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Zaqreb təmsilçisi Yunanıstan AEK-ini qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb - 2:1.

Mahir bu görüşün iştirakçısı olub. Forvard 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

Cavab oyunu avqustun 19-da Afinada olacaq.