Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında 2022/2023 mövsümünün son ev oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, komanda "Fatih Karagümrük"u qəbul edib. M.Emreli ehtiyat oyunçular skamyasında başlayıb. O, 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

"Konyaspor" hazırda 50 xalla 7-ci, "Fatih Karagümrük" 48 xalla 8-cidir.

Qeyd edək ki, Konya təmsilçisi Superliqada bu mövsümün son görüşünü iyunun 7-i səfərdə "Beşiktaş"a qarşı keçirəcək.

3 iyun

17:00. "Konyaspor" - "Fatih Karagümrük" - 1:1 

Qollar: Moreno, 40 (1:0), Dian, 45+4 (1:1)