Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Avropa Liqasında pley-off oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda Xorvatiyada Çexiya "Sparta"sını qəbul edib. Matç "Dinamo"nun qələbəsiylə başa çatıb - 3:1.

Mahir bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə oyuna daxil olub və sona qədər meydanda qalıb.

Komandalar arasındakı cavab görüşü bir həftə sonra Praqada olacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

24 avqust

Dinamo (Zaqreb, Xorvatiya) - Sparta (Praqa, Çexiya) - 3:1