Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Sloveniyada sonuncu yoxlama oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, komanda Çexiya "Sparta"sı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Dinamo"nun yeganə qolunu Bruno Petkoviç penaltidən vurub. M.Emreli 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

Xatırladaq ki, Zaqreb təmsilçisi bundan əvvəlki yoxlama görüşlərində "SSKA 1948"ə 3:2 hesabı ilə qalib gəlib, "Koper"lə 2:2 hesablı heç-heçə edib.

7 iyul

"Sparta" - "Dinamo" (Zaqreb) - 1:1

Qollar: Peşek, 2 (1:0), Petkoviç, 14-pen (1:1)