Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu həftə Türkiyə superliqasında debüt edə bilər.

İqtisadiyyat.az Konyanın "Yeni Haber" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yeni komandası olan "Konyaspor" 23-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş martın 5-i, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.