Azərbaycan millisinin üzvü Mahir Emreli Türkiyə Super Liqasında debüt edib.

İqtisadiyyat.az xəbər verir ki, 25 yaşlı hücumçu "Giresunspor"la oyunda iştirak edib. Start heyətdə meydana çıxan hücumçu 57-ci dəqiqədə əvəzlənib.

"Sofascore" portalı sözügedən oyunda futbolçuların reytinqini müəyyənləşdirib. Emreli 6,7 xal qazanıb. O, komandasının startda başlayan oyunçular arasında ən az xal toplayanı olub.

Emreli 40 dəfə topa toxunub. Qapıya bir zərbə endirən forvardın topu bloklanıb. Onun pas dəqiqliyi isə 85 faiz olub. 33 ötürmədən 28-ni uğurlu edən Mahir 3 dəfə girdiyi ikili mübarizənin birini qazanıb.

Emreli qış fasiləsində "Dinamo"dan (Zaqreb) "Konyaspor"a icarə əsasında keçib.