Konyaspor bu gün saat 15:00-da zəlzələdən zərərçəkənlərə yardım matçı keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, mətbuata və azarkeşlərə qapalı keçiriləcək yoldaşlıq oyununda TFF 2-ci Liqa Ağ Qrup komandalarından "Afyonspor"u qəbul edəcək.

Qeyd edək ki, baş məşqçi şans verərsə, Azərbaycan millisinin üzvü Mahir Emreli də bu görüşdə forma geyinə biləcək.