“Avropada vətəndaş müharibəsi olacağını istisna etmirəm. Ancaq mən Avropada bunun olmasını istəmirəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

İyunun 27-də Fransa polisinin Nanterredə içərisində 3 nəfərin olduğu avtomobili atəşə tutmasından və 17 yaşlı yeniyetmənin ölümündən sonra ölkə daxilində başlayan etirazları dəyərləndirən Lukaşenko deyib:

“Avropada vətəndaş müharibəsi olacağını istisna etmirəm. Ancaq mən Avropada bunun olmasını istəmirəm. Amma onlar (avropalılar) münaqişəyə doğru gedirlər. Vəziyyət Fransadan da pis ola bilər. Fransada administrasiya inadkar olmasaydı, baş verənlər artıq sakitləşəcəkdi. Günahınız varsa, insanlarla danışmaq lazımdır. Fransada baş verənlər hakimiyyətin günahıdır".